Bələdiyyə sədri ağır yol qəzasında öldü- FOTO

Bələdiyyə sədri ağır yol qəzasında öldü- FOTO Kriminal
Samux rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Oxu.Az"-a istinadla xəbər verir ki, hadisə rayonun Tatlı kəndinin yaxınlığında olub.

Goranboy sakini idarə etdiyi “Mercedes” markalı 22-BJ-696 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, sonra isə kanala düşüb.