Bu dəqiqələrdə Bakıda - AĞIR QƏZA - VİDEO

Bu dəqiqələrdə Bakıda - AĞIR QƏZA - VİDEO Kriminal
Bu dəqiqələrdə Bakının Dərnəgül yolu kimi tanınan Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib.

News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpünün üzərində "Mercedes" və "Opel" markalı iki avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində prospektdə avtomobillərin hərəkəti dayanıb və böyük tıxac yaranıb. Hadisə yerinə evakuator və yol polisi əməkdaşları gəlib. Qəza nəticəsində sürücünün ağır xəsarət aldığı bildirilir.