Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqununa düşüb

Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqununa düşüb Kriminal
Ermənistan Silahlı Qüvvələrinin bir qrup hərbçisi Sisian rayonunda dağ uçqununa düşüb. 

Ermənistan KİV-i xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyan bildirib.
Onun sözlərinə görə, uçqun altında qalan hərbçilər ərazidən çıxarılıb, onların vəziyyəti normaldır. Hərbçilərdən biri tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Uçqun altında qalan hərbçilərin sayı məlum deyil.

//Report