Qaradağda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Qaradağda yolu keçən piyadanı avtomobil vurub öldürdü Kriminal
Bu gün saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şabran rayon sakini V.Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Əli Əsgərovu vurub. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.