Qusarda yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb

Qusarda yol qəzası olub, 1 nəfər ölüb, 3-ü yaralanıb Kriminal
Qusar rayonunda yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyindən (DİN) News24.az - a verilən məlumata görə, hadisə avqustun 2-də rayonun Xuray kəndi ərazisində qeydə alınıb. 


Belə ki, həmin kəndin sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.


Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.