Sərnişin təyyarəsi alışdı - Ölən və yaralananlar var - VİDEO

Sərnişin təyyarəsi alışdı - Ölən və yaralananlar var - VİDEO Kriminal
Rusiyanın Soçi şəhərində hava limanında təyyarə alışıb.

 “Utair” hava şirkətinə məxsus Moskvadan Soçiyə uçan  “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 18 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib. Xəsarət alanlar arasında 3 uşaq da var.

Hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyü bildirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.
Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.

//Yenicag.az 
https://yenicag.az/videos/sernisin-teyyaresi-alisdi-olen-ve-yaralananlar-var-video/embed\" frameborder=