Sumqayıtda avtomobil divara çırpılıb, ölən və yaralananlar var

Sumqayıtda avtomobil divara çırpılıb, ölən və yaralananlar var Kriminal
Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
"Tofaş" markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb. Nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.