Tanınmış Bollivud aktyoru vəfat edib - VİDEO

Tanınmış Bollivud aktyoru vəfat edib - VİDEO Kriminal
Hindistanın tanınmış aktyoru, əslən əfqanıstanlı Qədir Xan 81 yaşında vəfat edib.

Sənətkar son illərini yaşadığı Kanadanın Toronto şəhərindəki xəstəxanada dünyasını dəyişib. 
O, 1970-1990-cı illərdə Bollivudun məşhur simalarından olub. 300-dən artıq filmdə çəkilən aktyor daha çox mənfi surətlər yaradıb, bununla belə, bir çox komediya filmlərində də rol alıb.