Xırdalanda 70 yaşlı qadın mənzilində - ÖLÜ TAPILDI

Xırdalanda 70 yaşlı qadın mənzilində - ÖLÜ TAPILDI Kriminal
Abşeron rayonunun Xırdalan şəhərində 70 yaşlı qadın öz evində ölü tapılıb. Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Raisa Pelminovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.