Alimlər dünyanın sonu ilə bağlı tarix açıqladı
Maraqlı
Dünyanın sonu təxminən 20 milyard il sonra gələ bilər.
News24.az xəbər verir ki, bu barədə İspaniyanın Beynəlxalq Fizika Mərkəzinin alimləri iddia irəli sürüblər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, kainatın məhvi Böyük Partlayışdan təxminən 33,3 milyard il sonra baş verəcək.
Hazırda Kainatın yaşı təxminən 13,8 milyard il olduğuna görə, sonuna təxminən 19,5 milyard il qaldığı düşünülür.
Alimlərin versiyasına görə, dünya böyük sıxılma nəticəsində məhv ola bilər. Bu nəzəriyyəyə əsasən, Kainatın hazırkı genişlənməsi bir gün dayanacaq və əks istiqamətdə yığılma prosesinə keçəcək.
Bu halda bütün qalaktikalar, ulduzlar və planetlər bir-birinə yaxınlaşacaq və nəticədə vahid bir nöqtəyə qədər sıxılacaq. Kosmik obyektlər indiki formada artıq mövcud olmayacaq.
Məqalədə həmçinin bildirilib ki, başqa bir ehtimala görə, kainat sonda nəhəng qara dəliklərə çevrilə bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, dünyanın iki mümkün sonu var. Belə ki, ya kainat sonsuz genişlənməyə davam edərək soyuyacaq və qaranlığa qərq olacaq, ya da yuxarıda təsvir edilən sıxılma baş verəcək. /Daily Mail/