Bir gündə 300 mindən çox qrup və kanal bloklandı
Maraqlı
“Telegram” messenceri 300 mindən çox qrup və kanalı bloklayıb.
News24.az xəbər verir ki, bloklanmaların böyük hissəsi 1 yanvar tarixində qeydə alınıb.
Məlumatlara görə, “Telegram” həmin gün 348 620 qrup və kanalı bloklayıb və bu göstərici 300 min həddini keçib. Cari ildə bir gün ərzində ən yüksək bloklama səviyyəsi isə 1 yanvarda qeydə alınıb — 542 994 qrup və kanal.
Ümumilikdə, ilin əvvəlindən indiyədək 3 957 198 icma və kanal bloklanıb. Onların arasında terrorçu yönümlü 12 278 qrup da var. / Vesti.ru