Bloklama və məcburi keçid? “WhatsApp” Rusiyanı ittiham etdi
Maraqlı
“WhatsApp” Rusiyanı vətəndaşları izləmə tətbiqinə keçməyə məcbur etməyə cəhddə ittiham edib.
News24.az xəbər verir ki, bu barədə “WhatsApp”ın bəyanatında bildirilib.
“Bu gün Rusiya hakimiyyəti insanları dövlətə məxsus, izləmədən qorunmayan tətbiqə keçməyə məcbur etmək məqsədilə “WhatsApp”ı tam bloklamağa cəhd etdi. 100 milyondan çox istifadəçini şəxsi və təhlükəsiz ünsiyyət hüququndan məhrum edərək təcrid etmək cəhdləri geriyə addımdır və yalnız Rusiyadakı insanların təhlükəsizliyinin azalmasına gətirib çıxara bilər. İstifadəçilərin əlaqədə qalması üçün əlimizdən gələni etməyə davam edirik”,- deyə "WhatsApp"ın bəyanatında qeyd edilib.