Burger reklamları qadağan edildi

Burger reklamları qadağan edildi Maraqlı

Amsterdam dünyada ət məhsullarının və fosil yanacaqla əlaqəli malların açıq hava reklamını tam qadağan edən ilk paytaxt olub.

News24.az xəbər verir ki, yeni qaydalar mayın 1-dən qüvvəyə minib. Nəticədə şəhər küçələrindən burger, avtomobil və ucuz aviabiletləri reklam edən plakatlar yığışdırılıb.

May ayının əvvəlindən etibarən Amsterdamda tramvay dayanacaqları, metro stansiyaları və şəhər reklam lövhələrində əsasən mədəni tədbirlərlə bağlı elanlar yerləşdirilib. Əvvəllər bu məkanlarda fastfud məhsulları, yolsuzluq avtomobilləri və aviareys reklamları geniş yer alırdı.

Qərar şəhər hökumətinin 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq strategiyasının tərkib hissəsidir. Bundan əlavə, hakimiyyət həmin dövrədək əhalinin ət istehlakını iki dəfə azaltmağı hədəfləyir.