Dünyanı heyrətləndirən "çəhrayı səma" – Sirri açıldı
Maraqlı
Birminqem şəhərində səmanın çəhrayı rəngə "boyanması" sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
News24.az xəbər verir ki, görüntülər insanlar arasında çaşqınlıq və qorxu yaradıb. Bəziləri hətta bunun süni intellektlə hazırlandığını bildiriblər.
Lakin həqiqət başqadır. Belə ki, bu nə xüsusi effektdir, nə də süni intellekt.
Yerli stadionda güclü çəhrayı LED işıqlandırma işə salınıb. Aşağı buludluluq və qar yağışı isə güzgü effekti yaradaraq işığı yenidən səmaya əks etdirib.
Heç bir mistika yoxdur. Sadəcə fizika, hava şəraiti və LED lampalar.