Gələcəyin turizmi: ayda istirahət üçün öncədən satışa başlanıldı

Gələcəyin turizmi: ayda istirahət üçün öncədən satışa başlanıldı Maraqlı

Yer üzündə insanlar hələ ipoteka problemlərini həll edə bilməmişkən, artıq Ayda hotel nömrələri bron etməyə başlayıblar.

News24.az xəbər verir ki, Kaliforniyada fəaliyyət göstərən startap planetdən kənar istirahət üçün öncədən satışa start verib.

Məlumata görə, Ayda istirahət üçün ilkin depozit 1 milyon dollar təşkil edir. Qonaqların yerləşdirilməsi isə 2032-ci ildən tez baş tutmayacaq. Tam tur paketinin qiyməti isə təxminən 10 milyon dollar olaraq göstərilir.

Layihə çərçivəsində dörd nəfərlik kapsul tipli yaşayış sahəsi, Ay səthində gəzintilər, roverlə səyahət və Yer kürəsinin fonunda foto çəkilişi vəd olunur.

Lakin layihə ilə bağlı əsas diqqətçəkən məqam odur ki, Ay hoteli hələ mövcud deyil. Startap hazırda yalnız ideya mərhələsindədir, buna baxmayaraq ödənişlər artıq qəbul olunur.