Günəşdə nə baş verir? - 3 gün sonra ...
Maraqlı
Günəşdə yeni koronal dəliyin konturları formalaşıb və onun 3–4 gün ərzində Yer kürəsinə təsir edə biləcəyi bildirilib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, hazırda Günəş küləyinin sürətinin bir qədər artması səbəbindən yalnız minimal narahatlıqlar müşahidə olunur.
“Günəşdə az-çox yeni koronal dəliyin konturları formalaşıb, lakin o, Yerə yalnız 3–4 gün sonra təsir göstərə bilər”, - deyə məlumatda bildirilib. /Vesti.ru