Həm iş adamları, həm də uşaqlar üçün: "OpenAI" yeni xidməti istifadəyə verdi

Həm iş adamları, həm də uşaqlar üçün: "OpenAI" yeni xidməti istifadəyə verdi Maraqlı

“OpenAI” yeni “ChatGPT Translate” tərcümə xidmətini istifadəyə verib.

News24.az xəbər verir ki, xidmətin əsas fərqi odur ki, burada istifadəçilər tərcümənin üslubunu seçə bilirlər – məsələn, biznes üslubunda və ya uşaqlar üçün sadələşdirilmiş variant.

Lakin “OpenAI” xidmətində sənəd yükləmək, əl yazısı ilə giriş və real vaxt söhbətləri kimi funksiyalar hələ yoxdur, bu isə onu “Google Translate”dən fərqləndirir.

Beta-versiya pulsuz olaraq ayrıca saytda təqdim olunur, 50-dən çox dili dəstəkləyir. Şirkət yaxın gələcəkdə şəkil üzərindən tərcümə funksiyasını da əlavə etməyi planlaşdırır.

Həm iş adamları, həm də uşaqlar üçün: "OpenAI" yeni xidməti istifadəyə verdi