“iPhone 18 Pro Max”la bağlı şad xəbər - Bu yenilik olacaq

“iPhone 18 Pro Max”la bağlı şad xəbər - Bu yenilik olacaq Maraqlı

Payızda satışa çıxması planlaşdırılan “iPhone 18 Pro Max” iki gün enerji saxlayan batareya ilə təchiz olunacaq.

News24.az xəbər verir ki, bu barədə “MacRumors” qəzeti məşhur insayder “Digital Chat Station”a istinadən məlumat yayıb.

Bildirilib ki, “iPhone 18 Pro Max”ın batareya tutumu 5100–5200 milliamper-saat arasında olacaq.

Beləliklə, batareya tutumu “17 Pro Max” ilə müqayisədə 100–200 milliamper-saat artacaq.

İnsayder qeyd edib ki, batareya artımı böyük olmayacaq, lakin gələcək “Apple” flaqmanı “A20 Pro” prosessoru ilə təchiz olunacaq ki, bu da mükəmməl enerji səmərəliliyi ilə seçiləcək.

Bunun nəticəsində batareya tutumunun artımı ilə birlikdə smartfonun avtonom işləmə müddəti də əhəmiyyətli dərəcədə yüksələcək.

“MacRumors” jurnalistləri bildiriblər ki, mövcud “iPhone 17 Pro Max” “Apple” göstəricilərinə görə 39 saatlıq avtonom işləmə müddətinə malikdir. Ehtimal edilir ki, “iPhone 18 Pro Max”ın avtonom işləmə müddəti ən azı iki gün olacaq ki, bu da “iPhone” üçün rekord göstərici sayılacaq.