"iPhone" işlədənlərin diqqətinə - Bu 3 funksiyanı təcili söndürün

"iPhone" işlədənlərin diqqətinə - Bu 3 funksiyanı təcili söndürün Maraqlı

“iPhone” smartfonunun batareya ömrünü uzatmağın üç üsulu açıqlanıb.

News24.az xəbər verir ki, “iPhone” cihazlarında standart olaraq aktiv olan bəzi funksiyalar batareyanın daha sürətlə boşalmasına səbəb olur və istifadə müddətini azalda bilər.

İlk olaraq, kilid ekranındakı vidcetlərin söndürülməsi tövsiyə edilir. Bildirilir ki, bu vidcetlər arxa planda daim işlədiyi üçün enerji sərfiyyatını artırır.

Mütəxəssislər həmçinin “iOS” interfeysindəki animasiyaların azaldılmasını məsləhət görürlər. Vizual effektlər cihazın istifadəsini daha dinamik göstərsə də, batareya sərfiyyatına təsir edə bilər.

Bunun üçün “Ayarlar” bölməsindən “Xüsusi imkanlar”a, daha sonra “Hərəkət” altbölməsinə daxil olaraq “Hərəkəti azalt” funksiyasını aktivləşdirmək lazımdır.

Batareya ömrünü uzatmağın digər üsulu isə klaviatura vibrasiyasını söndürməkdir.

Qeyd olunur ki, “Apple” şirkəti də klaviaturanın taktil cavab funksiyasının batareyanın daha tez boşalmasına səbəb ola biləcəyini təsdiqləyib. /CNET/