"Kasper" geri dönür: Bu dəfə daha qaranlıq üslubda
Maraqlı
Hər kəsin sevdiyi "Kasper" obrazı yeni canlı serial layihəsi ilə ekranlara qayıdır.
News24.az xəbər verir ki, layihənin istehsalı üzərində "Universal Content Productions" və "DreamWorks Animation" çalışır. Yeni serialın 90-cı illərin məşhur "Kasper" filminin motivləri əsasında hazırlanması və bu dəfə daha müasir, sirli və "qaranlıq" üslubda təqdim edilməsi planlaşdırılır.
Ekran işinin ssenari müəllifi və icraçı prodüseri kimi Vu-Ninq Çan çıxış edir. Layihənin əsas prodüserləri arasında Rob Letterman və Hilari Vinston yer alır. Layihənin reallaşmasında əfsanəvi rejissor Stiven Spilberqin "Amblin Entertainment" şirkətinin də iştirakı gözlənilir.
Məlumata görə, serialın ab-havası populyar "Wednesday" və "Riverdale" layihələrinə bənzəyəcək. Yəni klassik cizgi filmi formatından fərqli olaraq, burada yeniyetmələrin macəraları və mistik hadisələr ön plana çıxacaq. Serialın yayım platforması olaraq "Peacock" nəzərdə tutulub.
Serialın çəkilişlərinin nə vaxt başlayacağı və ya yayım tarixi ilə bağlı hələlik heç bir məlumat verilməyib.