Məşhur astroloq açıqladı: 4 bürc üçün çətin dövr sona çatır
Maraqlı
Astroloji proqnozlara görə, dörd bürc üçün son üç ildə davam edən çətin dövr 2026-cı ildən etibarən başa çatır.
News24.az xəbər verir ki, məşhur astroloq Amy Demurenin açıqlamasına əsasən, bu bürclər ilin sonuna qədər emosional rahatlıq, maliyyə sabitliyi və şəxsi həyatda müsbət dəyişikliklər yaşayacaqlar.
Əkizlər – Maliyyə sahəsində qarşılaşılan maneələr aradan qalxacaq. İllərdir göstərilən zəhmətin qarşılığı gəlir artımı və yeni qazanc imkanları ilə özünü göstərəcək.
Qız – Münasibətlərdəki problemlər geridə qalır. 2026-cı il Qız bürcü üçün daha sağlam və davamlı əlaqələrin qurulacağı dövr olacaq.
Oxatan – Son illərdə yaşanan emosional və psixoloji çətinliklər sona çatır. Bu bürc nümayəndələri 2026-cı ildən etibarən həyatlarında nəzarəti yenidən ələ alacaqlar.
Balıqlar – Saturnun bürcdə yaratdığı çətin təsir 2026-cı ilin fevral ayında sona çatır. Bu tarixdən sonra Balıqlar üçün sabitlik və rifah dövrü başlayacaq.
Astroloqların fikrincə, 2026-cı ilin sonuna qədər bu dörd bürc üçün uğurlu və daha sakit bir mərhələ gözlənilir.