Milyarderlərin ümumi sərvəti açıqlandı
Maraqlı
Dünyada milyarderlərin sayı rekord həddə çatıb.
News24.az xəbər verir ki, bu barədə "Forbes" jurnalının açıqladığı yeni milyarderlər siyahısında məlumat paylaşılıb. Siyahıya ümumi sərvəti 20,1 trilyon dollar olan 3428 nəfər daxil edilib.
Siyahıya 839 milyard dollarlıq sərvətlə Elon Mask başçılıq edir. "Tesla" və "SpaceX" kimi şirkətlərin sahibi olan Mask ardıcıl ikinci dəfə dünyanın ən varlı insanı seçilib.
İkinci yerdə 257 milyard dollar sərvətlə Larri Peyc, üçüncü yerdə isə 237 milyard dollarla Sergey Brin qərarlaşıb. Onları 224 milyard dollarla Ceff Bezos və 222 milyard dollarla Mark Zuckerberg izləyir.
Siyahıda həmçinin Donald Tramp 6,5 milyard dollarlıq sərvətlə 645-ci yerdə qərarlaşıb.
Məlumata görə, ən çox milyarder Amerikadadır - 989 nəfər. Çin 610 milyarderlə ikinci, Hindistan isə 229 milyarderlə üçüncü yerdədir.
Siyahıdakı 35 milyarderin yaşı 30-dan kiçik olsa da, dünyanın ən gənc milyarderi Braziliyanın sənaye maşınqayırma nəhəngi WEG-in varisi 20 yaşlı Amelie Voigt Trejesdir.
Siyahıdakı ən yaşlı milyarder ABŞ-də yerləşən sığorta şirkətinin qurucusu 104 yaşlı Corc Cozefdir. Kişilər milyarderlər siyahısında üstünlük təşkil etməyə davam etsələr də, bu il Milyarderlər Siyahısına 481 qadın daxil olub ki, bu da ümumi siyahının 14 faizini təşkil edir.