Paltaryuyan maşınlardakı pis qoxuya qarşı təbii üsullar

Paltaryuyan maşınlardakı pis qoxuya qarşı təbii üsullar Maraqlı

Mütəxəssislər paltaryuyan maşınlarda yaranan xoşagəlməz qoxuların əsas səbəbinin əhəng, sabun qalıqları və nəmlik olduğunu bildiriblər.

News24.az xəbər verir ki, bu problem həm maşının içində, həm də yuyulan paltarlarda qalıcı qoxuya səbəb ola bilər.

Məlumata görə, qoxunun qarşısını almaq üçün limon turşusu, ağ sirkə və çörək sodası kimi təbii vasitələrdən istifadə etmək mümkündür. Limon turşusu əhəngi əridir, sirkə bakteriyaları azaldır, çörək sodası isə yuyucu toz qalıqlarını təmizləyir.

Eyni zamanda, mütəxəssislər paltaryuyan maşının qapısı, rezin hissələri və yuyucu vasitə bölməsinin mütəmadi təmizlənməsini tövsiyə edirlər. Bildirilir ki, paltarlar yuyulduqdan sonra qapağın açıq saxlanması da pis qoxunun yaranma riskini azaldır.