Süni intellekt qadağan edildi
Maraqlı
“Oskar” mükafatının təşkilatçıları iştirak qaydalarında dəyişiklik edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, ssenari yazılışı və aktyor ifasında süni intellektdən istifadə məhdudlaşdırılıb.
Qaydalara görə, aktyor ifası real insanlar tərəfindən və onların razılığı ilə həyata keçirilməlidir. Ssenarilərin hazırlanmasında da insan yaradıcılığı əsas götürülür. Mübahisəli hallarda təşkilatçılar iştirakçılardan əlavə məlumat tələb edə bilərlər.
Eyni zamanda bəzi kateqoriyalarda dəyişikliklər edilib. Bir sıra nominasiyalar üzrə namizədlərin sayı artırılıb. Ən yaxşı aktyor oyunu mükafatı üçün namizədlərin sayı ikidən üçə, operator işi kateqoriyasında isə say 20 nəfərə qədər artırılıb.
Bundan əlavə, bir aktyor fərqli layihələrdəki bir neçə rola görə eyni vaxtda namizəd ola bilər.
“Ən yaxşı beynəlxalq film” kateqoriyası da yenidən nəzərdən keçirilib. Artıq bu mükafat ölkə adına deyil, filmin rejissoruna təqdim olunacaq.