Süni intellekti aldadıb 150 min dollar oğurladı
Maraqlı
Haker “X” sosial şəbəkəsinə inteqrasiya olunmuş “Grok” adlı süni intellekti aldadaraq vəsait köçürülməsinə nail olub.
News24.az xəbər verir ki, nəticədə süni intellektə məxsus DRB tokenlərindən təxminən 150 min dollar dəyərində vəsait oğurlanıb.
Məlumata görə, hücum edən şəxs “Grok”un pul kisəsinə NFT “hədiyyə” göndərib. NFT aktivləşdirildikdən sonra vəsaitlərin köçürülməsi funksiyası işə düşüb.
Daha sonra haker “Grok”a cavab mesajı göndərərək sorğu daxilində gizli şəkildə böyük məbləğin köçürülməsi barədə əmr yerləşdirib. Süni intellekt isə bu əmri icra edərək 3 milyard DRB tokenini hücum edənin hesabına köçürüb.
Bildirilir ki, bu hücum texniki sındırma deyil, sosial mühəndislik üsulu ilə həyata keçirilib. Süni intellekt sadə mətn manipulyasiyası ilə aldadılıb. Hücumdan sonra cinayətkar “X” platformasındakı profilini silib.
Daha sonra hakerin şəxsiyyəti müəyyən edilib və o, oğurladığı vəsaitin 80 faizini geri qaytarıb. /Ferra.ru/