Tramp Baydenin itindən danışdı
Maraqlı
ABŞ prezidenti Donald Tramp ölkənin keçmiş prezidenti Co Baydenin iti ilə bağlı açıqlama verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Baydenin itinin aqressiv olduğunu və bununla bağlı çoxsaylı insidentlərin qeydə alındığını iddia edib.
“Hamı istəyirdi ki, mən Ağ Evdə it saxlayım. Deyirdilər ki, siz uzun illərdən sonra iti olmayan ilk prezident olacaqsınız. Mən isə cavab verdim ki, bu, mənlik deyil.
Onlar Baydenin itini gəzdirdiyi görüntüləri bəyənirdilər. Amma həmin it aqressiv idi və dəfələrlə gizli xidmət əməkdaşlarına hücum edirdi. Ümumilikdə 28 dişləmə hadisəsi qeydə alınıb. O, aqressiv it idi”, - deyə Tramp bildirib.