“WhatsApp”da ödənişli abunəlik dövrü başlayır

“WhatsApp”da ödənişli abunəlik dövrü başlayır Maraqlı

“WhatsApp”da reklam inteqrasiyası ilə bağlı işlər davam edərkən “Meta”nın istifadəçilər üçün reklamsız abunə modeli üzərində çalışdığı məlum olub.

News24.az xəbər verir ki, “WhatsApp”ın 2.26.3.9 versiyasında aşkar edilən yeni kodlarda Status və kanallar bölmələrindəki reklamların aradan qaldırılmasını nəzərdə tutan abunə planına istinad edilib.

Mətnlərdə qeyd olunub ki, istifadəçilər bu bölmələrdən reklamlı şəkildə pulsuz istifadəni davam etdirə və ya reklamsız istifadə üçün ödəniş edə bilərlər.

“Meta” ötən il “WhatsApp”da status və kanallar bölməsində reklamları məhdud şəkildə sınaqdan keçirməyə başlayıb və bu addım istifadəçilər arasında narazılıq doğurub. Buna baxmayaraq, şirkət reklam tətbiqini mərhələli şəkildə daha çox istifadəçiyə çatdırmağa davam edib.

Lakin “WhatsApp” üçün planlaşdırılan reklamsız abunəliyin qiyməti, hansı ölkələrdə keçərli olacağı və bütün istifadəçiləri əhatə edib-etməyəcəyi hələlik dəqiqləşməyib. “Meta” mövzu ilə bağlı rəsmi açıqlama verməyib. /Haberglobal