Xaricə uçanların nəzərinə! - Bu avadanlıq təyyarəyə buraxılmayacaq
Maraqlı
“Red Wings” aviaşirkəti portativ enerji yığma cihazlarının (powerbank) daşınması qaydalarını yeniləyib.
News24.az xəbər verir ki, yeni qaydalara əsasən, bir sərnişinə litium-ion batareyalı maksimum iki powerbankı təyyarəyə götürməyə icazə veriləcək.
Qeyd olunub ki, cihazların tutumu 160 Vt/saatı keçməməlidir. Daha yüksək tutumlu akkumulyatorların daşınmasına icazə verilməyəcək.
Aviaşirkət bildirib ki, zərurət yarandıqda qaydalar tənzimləyici qurumların tövsiyələrinə uyğun olaraq operativ şəkildə yenilənəcək. /TASS/