"Xiaomi" "iPhone"dan oğurluq edib yeniləndi
Maraqlı
“Xiaomi” korporasiyası smartfonlarına daha əvvəl “iPhone”da mövcud olan funksiyaları əlavə edib.
News24.az xəbər verir ki, bu barədə ixtisaslaşmış “XiaomiTime” nəşri məlumat yayıb.
Media nümayəndələri “Android 16” əməliyyat sistemi əsasında hazırlanan “HyperOS 3.1” yeniləməsini araşdıraraq bildiriblər ki, bəzi yeni funksiyalar ilk olaraq “iPhone”da ortaya çıxıb və faktiki olaraq iOS-dan götürülüb.
Yeniliklərə iOS sistemindən geri qalmayan yeni “son tətbiqlər” menyusu daxildir. Müəlliflər qeyd ediblər ki, arxa planda işləyən proqramlar arasında keçid edərkən “iPhone”dakı kimi vibrasiya hiss olunur. Mütəxəssislərin sözlərinə görə, bu, möhkəmlik, premiumluq və yüksək reaksiya hissi yaradır.
Həmçinin “Xiaomi” mühəndisləri “iPhone”un “Dynamic Island” funksiyasından ilhamlanan “Super Island” ekran kəsiyini yenidən işləyiblər.
Bu interfeys elementi artıq həm sistem, həm də üçüncü tərəf tətbiqlərinin funksiyalarını dəstəkləyir.
“Super Island” vasitəsilə sifariş və ya taksinin statusunu izləmək, musiqi tətbiqlərindən istifadə etmək və xəritələrdə naviqasiyanı idarə etmək mümkündür.