"Yadplanetlilərlə qarşıla bilərik"

"Yadplanetlilərlə qarşıla bilərik" Maraqlı

Amerikalı sahibkar İlon Mask maraqlı açıqlama verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Mask müxtəlif ulduz sistemlərini öyrənərkən yadplanetlilər və yerüstü olmayan sivilizasiyalarla qarşılaşma ehtimalını istisna etməyib.

Sahibkarın fikrincə, bunun üçün Ayda şəhərlər qurmaq və kosmosun tədqiqi məqsədilə süni intellektlə təchiz olunmuş peykləri orbitə buraxacaq xüsusi start qurğuları inşa etmək lazımdır.