Yerin “əkizi” tapıldı? – Alimlərdən sensasiyalı açıqlama

Yerin “əkizi” tapıldı? – Alimlərdən sensasiyalı açıqlama Maraqlı

Yaşamaq üçün əlverişli ola biləcək planet Yer kürəsindən 146 işıq ili uzaqlıqda tapılıb

News24.az xəbər verir ki, alimlərin fikrincə, “HD 137010 b” adlı səma cismi Yerə bənzər və həyat üçün yararlı ola biləcək planetlər arasında ilk real namizəd hesab olunur.

Məlumata görə, bu planetin radiusu Yer kürəsindən cəmi 6 faiz böyükdür, səthindəki temperatur isə 70 dərəcədən aşağıdır.

Tədqiqatçılar bu xüsusiyyətlərin planetdə həyat ehtimalını istisna etmədiyini bildirirlər.