"YouTube"da 140 il davam edən video yayımlandı - Foto
Maraqlı
“YouTube” istifadəçilərinin tövsiyələr bölməsində qarşılarına çıxan qeyri-adi video marağa səbəb olub.
News24.az xəbər verir ki, videonun adı yoxdur və 140 ildən uzun müddətə davam edir. Videoda həm görüntü, həm də səs yoxdur.
Məlumata görə, video 5 yanvar tarixində platformaya yüklənib. Onu paylaşan hesabın iddialara əsasən Şimali Koreyada qeydiyyatdan keçdiyi bildirilir.
Həmin istifadəçinin profilində daha bir 294 saatlıq video, eləcə də ümumi müddəti 150 saat olan “shorts” video da yer alır.