"YouTube"də yenilik: Bu funksiya hər kəs üçün əlçatan olacaq

"YouTube"də yenilik: Bu funksiya hər kəs üçün əlçatan olacaq Maraqlı

"YouTube" 2026-cı ilə qədər “icma məkanları” funksiyasını istifadəyə verəcək.

News24.az xəbər verir ki, bu xüsusiyyət izləyicilərin məzmun yaradıcısı və digər istifadəçilərlə birbaşa söhbət etməsinə, mətn və şəkil paylaşmasına imkan verir. Kontent yaradıcıları moderator təyini, giriş məhdudiyyəti və söz filtrləri ilə icmanı tam nəzarətdə saxlaya biləcək.

Funksiya platformanı video saytından sosial şəbəkəyə çevirir.