1800 illik büst tapıldı
Maraqlı
Türkiyədə Düzce Bələdiyyəsindən verilən məlumata görə, tarixi eramızdan əvvəl 3-cü əsrə aid olan bölgədə, Mədəni İrs və Muzeylər Ümumi Müdirliyinin icazəsi, Konuralp Muzey Müdirliyinin sədrliyi və dəstəyi ilə arxeoloji tədqiqatlara başlanılıb.
News24.az xəbər verir ki, qazıntılar zamanı teatrın səhnə binasını tikdirən, M. Julius Proklosa aid olduğu güman edilən 1800 illik portret büstü tapılıb.
Teatrın qərb girişləri qarşısında aparılan qazıntılar zamanı tapılan hündürlüyü təqribən 56 santimetr, eni isə 50 santimetr olan portret büst buruq və qıvrılmış saç düzümü ilə diqqət çəkib.
Büst Antoninlər dövrünün mükəmməl üslubunu əks etdirir.
Bundan əlavə, büstdə saqqallı və bığlı üz, çiynini örtən qatlanmış parça təsvir edilib.
Məryəm İlhamqızı