406 milyonluq dünyanın - ən bahalı tablosu
Maraqlı
Məşhur italyan rəssamı və heykəltəraş Leonarda da Vinçinin 1500-cü illərdə çəkdiyi "Salvator Mundi" (Dünyanın xilaskarı) adlı Hz.İsa rəsm əsəri İsveçrədə peyda ortaya çıxıb.
News24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın 2017-ci ildə 406 milyon avroya aldığı rəsm əsəri dünyanın ən bahalı əsərlərindəndir.
Rəsm sonuncu dəfə 2019-cu ildə Fransanın Luvr Muzeyində görülüb, lakin sonradan geri götürülüb. Bu rəsmin Səudiyyə Ərəbistanında, dəbdəbəli yaxtada və ya sarayda olması ilə bağlı iddialara aydınlıq gəlib.
Mona Liza qədər dəyərli olan tablonun İsveçrənin Cenevrə şəhərində anbarda saxlandığı öyrənilib.
Günel Məlikzadə