Azərbaycanda vəzifəli şəxsin arvadının ŞOK FIRILDAĞI – - Xərclədiyi 40 min manatı...
Maraqlı
Ötən ilin avqustun 2-də Tovuz rayonunda maskalı şəxslərin evə basqın edərək 40 min manat pul aparması və evə od vurması ilə bağlı hadisənin şok təfərrüatları məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalarla əslində evə basqın edilmədiyi, hadisənin ev sahibəsi Sevins Süleymanova tərəfindən planlaşdırıldığı üzə çıxıb.
Belə ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yaşayan S.Süleymanova ailə üzvlərinə və polisə yalandan maskalı şəxsin evə basqın edərən onu döydüyü, evdən 40 min manat pul və külli miqdarda qızıl götürdüyü və mənzilə od vurduğunu deyib.
Bütün bunlar üzə çıxdıqdan sonra qadın barəsində Cinayət Məcəlləsinin 296.2-ci (Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə - ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddəsi ilə iş açılıb.
Aparılan istintaqla müəyyən edilib ki, S.Süleymanova Yuxarı Öysüzlü kəndində birlikdə yaşadığı evdə saxladıqları, birgə mülkiyyətlərində olan təxminən 40 000 məbləğində pulun böyük hissəsini ərindən xəbərsiz xərcləyib. Daha sonra onun doğma qızı ilə münasibəti pislşib. S.Süleymanova övladının evdəki pulları onun xərclədiyini atasına bildirəcəyini düşünərək saxta cinayət səhnəsi qurmağı planlaşdırıb.
O, xərclədiyi pulun guya evinə basqın edən naməlum şəxs tərəfindən ələ keçirilməsi, yəni quldurluq hadisəsinin baş verməsi görüntüsünü yaratmaq və bunu səhnələşdirmək qərarına gələrək, qızını yeni əməliyyat olunmuş bacısına baxmaq adı ilə evdən göndərib və 5 yaşlı oğlu ilə evdə tək qalıb. O, saat 10:30 radələrində insanları öz yalanına inandırmaq üçün əvvəlcə A4 formatlı kağıza Krill əlifbası ilə “Polisə xəbər vermə, sonra pis olacaq, məni tutsalar da geridəkilər səni qızlarını öldürücək. Sakit dur!” sözlərini yazaraq evin həyətində olan stolun üstünə qoyub. Daha sonra 2 litrlik polietilen qabda olan nefti götürüb evdə əvvəllər pul vəsaitinin saxlanıldığı yataq otağına səpib. S.Süleymanova yatağın üstündə olan adyalı yandırıb və kəsici alətlə (rezakla) özünə sol-sağ bazunun kəsilmiş yaraları kimi xəsarətlər yetirib. Daha sonra isə özünü yumruqlayıb və evin taxta qapısının küncünə çırpmaqla sol baldırın sıyrıqları və sol çənəaltı nahiyənin, sol qaşın səthinin qançırları kimi xəsarətlər alıb.
Bundan sonra S.Süleymanova cinayət görüntüsünü yaratdıqdan sonra yataq otağında güclənməkdə olan alovu tam söndürüb. Evdə olan və ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını, evdə 2743 manat, 7500 rus rublu və 900 ABŞ dolları məbləğində pul vəsaitlərini əl çantasında gizlədib. O, az sonra ərinə zəng edərək guya baş vermiş hadisə barədə məlumat verib.
S.Süleymanovanın əri və digər şəxslər həyəcanla evə gəliblər. Dərhal hadisə barədə polisə məlumat verilib.
Tovuz Rayon Polis Şöbəsində hadisə barədə ilkin olaraq Azərbaycan Respublikası CM-nin 181.2.3-cü (Quldurluq) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılıb. Lakin istintaqçılar az sonra hadisənin mahiyyətini anlayıblar və Sevinc Süleymanovanı sorğu-suala çəkiblər. Qadın nəhayət, törətdiyi əməli etiraf edib və hər şeyin özü tərəfindən planlaşdırılaraq həyata keçirildiyini deyib.
Bundan sonra onun barəsində cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, S.Süleymanovanın əri A.Süleymanov keçmiş məmurdur. O, 2004-cü ildən 2020-ci ilə kimi Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsləhətçi, baş məsləhətçi, sosial yardım və müavinət sektorunu müdiri vəzifələrində işləyib və hazırda ofis açaraq fərdi konsaltinq və elektron xidmətlər göstərir.
Məhkəmədə A.Süleymanov həyat yoldaşından şikayətçi olmadığını deyib.
Tovuz Rayon Məhkəməsində baxılan cinayət işi üzrə bir neçə gün əvvəl hökm çıxarılıb.
S.Süleymanova Cinayət Məcəlləsinin 296-cı maddəsi üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin işin halları nəzərə alınaraq 1 il sınaq müddəti təyin edilməklə onun cəzası şərti hesab edilib.