Azərbaycanlı gənc Ərdoğanı görmək üçün - 17 gün velosiped sürəcək

Azərbaycanlı gənc Ərdoğanı görmək üçün - 17 gün velosiped sürəcək Maraqlı
Azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün səfərə çıxıb.
News24.az xəbər verir ki, Zaqataladan olan İzzədin Abdullayev Türkiyəyə velosipedlə gedir.
O, paytaxt Ankaraya 16-17 günə çatacağını planlaşdırır.
Ərdoğanla görüşməyin çoxdankı arzusu olduğunu bildirən Abdullayev, Türkiyə Prezidentini çox istədiyini söyləyib.
"İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar", - deyə İzzədin Abdullayev deyib.