Bakıda klassik avtomobillərin yürüşü olacaq

Bakıda klassik avtomobillərin yürüşü olacaq Maraqlı
Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Heydər Əliyev Mərkəzindən News24.az-a verilən məlumata görə, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün AAF ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar.
Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.
Bakıda klassik avtomobillərin yürüşü olacaq Bakıda klassik avtomobillərin yürüşü olacaq Bakıda klassik avtomobillərin yürüşü olacaq Bakıda klassik avtomobillərin yürüşü olacaq Bakıda klassik avtomobillərin yürüşü olacaq