Bu ölkədə hamı - milyonçudur

Bu ölkədə hamı - milyonçudur Maraqlı

Avropanın kiçik knyazlıqlarından biri olan Lixtenşteyn güclü iqtisadi göstəriciləri və siyasi sabitliyi ilə diqqət çəkir. Təxminən 38 min nəfərin yaşadığı 160 kvadrat kilometrlik ölkə adambaşına düşən milli gəlirə görə dünyanın ən yaxşı ölkələri sırasındadır.

News24.az xəbər verir ki, 2023-cü ilə görə Lixtenşteynin adambaşına milli gəliri təxminən 165 min dollardır.

Demək olar ki, heç bir dövlət borcu olmayan bu ölkənin sənaye və yüksək texnologiya sahəsində böyük iqtisadi fəallığı, aşağı vergi dərəcələri və güclü maliyyə sektoru var. Əhalinin təxminən üçdə biri milyonçudur. 2016-cı ildə Lixtenşteyndə cəmi 406 nəfər işsiz olub ki, bura analıq məzuniyyətində olanlar da daxildir.

Qeyd edək ki, beynəlxalq şirkətlərin regiona investisiyaları iqtisadiyyatı gücləndirir, ölkənin maliyyə gücünü artırır.

Lixtenşteyn müstəqil bir knyazlıq olaraq 1719-cu ildə qurulub. Bu gün konstitusion monarxiya ilə idarə olunan ölkənin prezidenti şahzadə II Hans-Adamdır. Ölkədəki siyasi sabitlik həm daxili, həm də xarici siyasət üçün möhkəm zəmin yaradır. Ölkə tarix boyu neytrallıq siyasətini davam etdirib və beynəlxalq münaqişələrdən böyük ölçüdə təsirlənməyib.

Kiçik olmasına baxmayaraq, Lixtenşteyn güclü iqtisadi quruluşu və siyasi sabitliyi ilə Avropanın mühüm mərkəzlərindən biri kimi varlığını davam etdirir.

Günel Məlikzadə