Dənizdə nəhəng dəniz meduza - TƏHLÜKƏSİ

Dənizdə nəhəng dəniz meduza - TƏHLÜKƏSİ Maraqlı

Dəniz biologu Frenki Hobro, növbəti illərdə nəhəng dəniz meduzalarının İngiltərə sahillərində daha tez-tez görünəcəyini bildirib.

Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir. 

 O, sahilə gedərkən insanlar üçün sirkə götürməyi tövsiyə edib, lakin meduza sancmasına sidik tökmək mifini qətiyyətlə rədd edib. 

Artan dəniz istiliyi səbəbilə təhlükəli canlılar, o cümlədən Portuqaliya döyüşçüsü növü, sahillərə yaxınlaşır. Gallerin Gwynedd bölgəsində artıq nəhəng meduzaların görüntüləri paylaşılmağa başlanıb. Hobro bu vəziyyətin iqlim dəyişikliyi ilə əlaqəli olduğunu vurğulayıb.


Xeyrənsə Piriyeva