Dünyanın ən ucqar - ÖLKƏSİ
Maraqlı
1506-cı ildə Portuqaliyalı admiral Tristao da Cunha tərəfindən kəşf edilən Tristan da Cunha dünyanın ən ucqar adasıdır.
Adanın uzaqlığı və yaratdığı sirr səyahətsevərlərin diqqətini çəksə də, vəziyyət uzaqdan göründüyü kimi deyil.
News24.az NTV-yə istinadən xəbər verir ki, 241 nəfərin yaşadığı və ən yaxın yaşayış məntəqələrindən minlərlə kilometr aralıda yerləşən adada sosial obyekt kimi 1 məktəb, 1 xəstəxana, 1 poçt, 1 muzey, 1 bar, 1 şirniyyat evi və 1 hovuz var.
Adanın ərazisi 207 kvadrat kilometr, əsas hissəsi isə 98 kvadrat kilometrdir.
İngilis dilinin danışıldığı və pul vahidi olaraq Sterlinqin istifadə edildiyi ada Britaniya koloniyası kimi diqqət çəkir.
Adaya gedib dincəlməyi planlaşdıranlar üçün pis xəbərimiz var: Cape Town və Namibiyadan Tristan da Cunhaya ildə cəmi 10 uçuş var və səfər hava şəraitindən asılı olaraq 6 gün çəkə bilər.
Biletlərin qiyməti 800-1500 dollar arasında dəyişir. Adada hava limanı olmadığı üçün kruizdən başqa alternativ də yoxdur.
Tristan da Cunhanın da rəsmi internet saytı var. tristandc.com saytına daxil olan istifadəçilər ada haqqında daha çox məlumat əldə edə bilərlər.
Saytdakı izahatlara səyahət etməyi planlaşdıranlar üçün aşağıdakı ifadələr daxildir:
"Bizim səyahətçilər üçün tur paketimiz, otelimiz, hava limanımız, tətil nümayəndəsimiz, gecə klubumuz, restoranımız, jet-ski, üzgüçülük üçün təhlükəsiz zonamız yoxdur!"
Adada təhlükəsizlik bölməsi yoxdur.
Kilsə keşişi cinayət törədən və ya xəbərdarlıq edilməli olan vətəndaşlara məsləhətlər verir.
Qeyd edək ki, 1961-ci ildə vulkan püskürməsindən sonra evləri ilə vidalaşmalı olan adalılar İngiltərəyə gediblər.
Müasir şəraitdə burada yaşayan adalılar hələ də torpaq həsrətinə yenik düşərək 1963-cü ildə adaya qayıtmaq qərarına gəliblər.
2001-ci ildə tropik siklon adayı vurduqda küləyin gücü saatda 190 kilometrə çatdı və bir çox evə ziyan dəyib.
Ölümlə də nəticələnən təbii hadisə səbəbindən İngiltərə fövqəladə vəziyyət elan edib və ada əhalisinin ehtiyaclarını qarşılayıb.
Onu da bildirək ki, adada avtomobillər, yolsuzluq avtomobilləri və midibüslərdən də istifadə olunur. Bu maşınlar üçün məhdud da olsa yollar salınıb.
Ölkənin beynəlxalq telefon kodu +290 olaraq təyin olunduğu halda, 1998-ci ildən ölkəyə peyk vasitəsilə internet bağlantısı təmin edilir.
Lakin bu çox bahalı xidmət olduğundan internetin geniş istifadəsindən danışmaq mümkün deyil. 64 KB sürəti təmin edən xidmət ümumiyyətlə yalnız elektron məktubların göndərilməsi/qəbul edilməsi üçün istifadə olunur.
Eyni zamanda, Tristan da Cunha həm də pinqvinlər və albatros quşlarının evidir.
Səhiyyə xidmətlərinin hökumət tərəfindən göstərildiyi adada cəmi 1 həkim var. Camogli Sağlamlıq Mərkəzi 2017-ci ildən bəri ada xalqına xidmət edir.
Adada bu günə qədər futbol, kriket və beysbol kimi idman növlərinə maraq olsa da, ölkə ilk milli matçını 1940-cı ildə Norveç bayrağı altında üzən gəminin heyətinə qarşı keçirib.
Günel Məlikzadə