"Formula 1" Azərbaycan Qran Prisi bu tarixdə baş tutacaq

"Formula 1" Azərbaycan Qran Prisi bu tarixdə baş tutacaq Maraqlı
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurası Formula 1 Dünya Çempionatının 2024-cü il təqvimini açıqlayıb.

News24.az xəbər verir ki, 2024-cü ilin "Formula 1" mövsümündə 24 yarış baş tutacaq. 

"Formula 1" Azərbaycan Qran Prisi isə 2024-cü il 13-15 sentyabr tarixlərinə təsadüf edəcək. 

Mövsüm 29 fevral tarixində Bəhreyndə start götürəcək, dekabrın 8-də isə Əbu-Dabidə yekunlaşacaq.