Koronavirus daha iki il - DAVAM EDƏCƏK
Maraqlı
"Koronavirus pandemiyası daha iki il davam edəcək".
News24.az xəbər verir ki, bu sözləri ABŞ-ın Minnesota Universitetinin İnfeksion Xəstəliklər Araşdırma Mərkəzinin alimləri deyib.
Mütəxəssislərin fikrincə, pandemiya 2022-ci ildən sonra da müəyyən fasilələrlə müşahidə ediləcək. Tədqiqatçılar dünya əhalisinin üçdə ikisinin yoluxub sağalmayınca, koronavirusa nəzarət edə bilməyəcəklərini də diqqətə çatdırıblar.
Qeyd edək ki, alimlər “COVID-19”-a yoluxmanın bəzi hallarda simptomsuz davam etməsini isə əlavə təhlükə adlandırıb.