"Ludoqorets"- "Qarabağ" matçında iki əlavə hissə oynanılacaq
Maraqlı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında 90 dəqiqə başa çatıb.
"News24.az" xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb - 3:2.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.
Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq.