"Meta" "Twitter"-in analoqunu bu tarixdə işə salacaq

"Meta" "Twitter"-in analoqunu bu tarixdə işə salacaq Maraqlı
Amerikanın "Meta" korporasiyası iyulun 6-da "Twitter" sosial şəbəkəsinin analoqu olan "Threads"-i işə salacaq.

News24.az xəbər verir ki, "Threads" "Instagram" sosial şəbəkəsi əsasında fəaliyyət göstərəcək. 

"Meta"-nın yeni sosial şəbəkəsində insanları narahat edən bütün məsələləri müzakirə edə biləcəklər.

"Threads"-dən ilk olaraq ABŞ istifadəçiləri yararlana biləcəklər. /TASS/