Süni intellektin “atasından” qorxulu - XƏBƏRDARLIQ

Süni intellektin “atasından” qorxulu - XƏBƏRDARLIQ Maraqlı
75 yaşlı Hinton bu yaxınlarda Google-dakı vəzifəsindən istefa verib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, alim BBC-yə müsahibəsində  "İndi mən təhlükələrin nə olduğu haqqında danışa bilərəm" deyib. O, əlavə edib ki, bu təhlükələrdən bəziləri "çox qorxuludur".

Alim bildirib ki, "chatbot"lar tezliklə insan beyninin informasiya tutumunu keçə bilər.

Hinton qeyd edib ki, "GPT-4" lər sahib olduğu ümumi biliklərin miqdarına görə insanı çox geridə qoya bilər. Düşüncə baxımından onlar eyni dərəcədə yaxşı deyillər, lakin sadə əsaslandırmalar apara bilirlər.

"Biz həmçinin bilirik ki, tempin sürətini nəzərə alsaq, bu sistemlər çox tez effektiv olacaq. Və bu, bizi narahat etməlidir. Hal-hazırda, bildiyimə görə, onlar bizdən daha ağıllı deyillər. Amma tezliklə daha ağıllı ola bilərlər"- deyə, o fikirlərini yekunlaşdırıb.

Aynurə