Tez yuxuya getməyin - SİRRİ
Maraqlı
Koqnitiv qarışdırma texnikası və ya sözləri hərflərə bölmək sizə daha tez yuxuya getməyə kömək edə bilər.
News24.az xəbər verir ki, bu barədə HuffPost-a Milli Səhiyyə Xidmətinin cərrahı Karan Rajan məlumat verib.
Rajan, koqnitiv qarışdırma metodunun yuxusuzluğun aradan qaldırılması üçün təsirli olduğunu iddia edib.
Metodun mahiyyəti ixtiyari sözü seçmək, onu hərflərə bölmək, bu hərflərlə başlayan yeni sözlər yaratmaq və onları vizuallaşdırmaqdır. Seçilmiş hərf üçün sözlər bitənə qədər bu proses təkrarlanmalı və sonra növbəti birinə keçməlidir.
Həkim vurğulayıb ki, koqnitiv qarışdırma dolaşan düşüncələri sakitləşdirməyə, rahatlamağa və nəticədə yuxu əhval-ruhiyyəsini düzəltməyə kömək edir. Bu texnikanı yerinə yetirmək asandır və evdə asanlıqla tətbiq oluna bilər.
Məryəm İlhamqızı