Vətəndaşlardan 12 tüfəng GÖTÜRÜLDÜ

Vətəndaşlardan 12 tüfəng GÖTÜRÜLDÜ Maraqlı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.