Xoşbəxt olmağın sadə yolu - ARAŞDIRMA
Maraqlı
İstənilən yaradıcılıq xoşbəxtlik səviyyəsini artırır və onun töhfəsi yaxşı işdən daha çoxdur.
News24.az xəbər verir ki, bunu “Frontiers in Public Health” jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər yeddi min britaniyalı arasında sorğu keçiriblər. İştirakçıların 37 faizi son bir ildə ən azı bir dəfə yaradıcılıqla məşğul olduqlarını bildirib.
Onların arasında həyatdan məmnunluq və xoşbəxtlik səviyyəsi daha yüksək olub. İşi olmayan insanların isə daha az xoşbəxt olduğu nəticəsinə gəliblər, lakin iş sahibi olmaq, xoşbəxtliyə, yaradıcı olmaqdan daha az təsir edib.
Nəticələr onunla izah edilə bilər ki, sənət və sənətkarlıq sizə nəticəni tez görməyə və bir tapşırığa diqqət yetirməyə kömək edir. Onlar həmçinin özünü ifadəyə təşviq edirlər ki, bu da adətən iş yolu ilə əldə edilmir.
Yaradıcılığın faydaları çox böyük olmasa da, sosial statusunuzu dəyişməkdənsə, sənətkarlıqla məşğul olmaq daha asandır.
Alimlər hesab ediblər ki, hökumətlər risk altında olan qruplar üçün sənət dərslərini maliyyələşdirməyi nəzərdən keçirə bilər.
Məryəm İlhamqızı