11 yaşlı uşaq yaşıdının ürəyi ilə həyata - DÖNDÜ - FOTO

11 yaşlı uşaq yaşıdının ürəyi ilə həyata - DÖNDÜ - FOTO Sağlamlıq

Türkiyədə yaşayan Muhammet Ali Avcıya 2022-ci ildə ürək xəstəliyi şikayəti ilə getdiyi xəstəxanada "ürək çatışmazlığı" diaqnozu qoyulub.

News24.az xəbər verir ki, təcili ürək nəqli üçün növbəyə duran və 2 ildir yoxlanılan Muhammet Ali Avcının vəziyyəti pisləşərək 1 ay əvvəl xəstəxanaya aparılıb.

Muhammet Ali ötən həftə Mersində dünyasını dəyişən 11 yaşlı uşağın bağışlanan ürəyinin transplantasiyası ilə yenidən həyata dönüb.

Oktyabrın 8-də aparılan uğurlu əməliyyatdan sonra onun xəstəxanadan buraxılacağı gözlənilir.


Günel Məlikzadə


11 yaşlı uşaq yaşıdının ürəyi ilə həyata - DÖNDÜ - FOTO